Menu

"Enerji infrastrukturuna hücumlar nəzarəti mümkünsüz nəticələrə səbəb olacaq" - Pezeşkian

18.03.2026, 23:29
"Enerji infrastrukturuna hücumlar nəzarəti mümkünsüz nəticələrə səbəb olacaq" - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin İranın enerji infrastrukturuna hücumlarını pisləyərək qeyd edib ki, bu hərəkətlər Yaxın Şərqdə eskalasiyanı daha da artıracaq.

Pezeşkian bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"İranın enerji infrastrukturuna hücumu qətiyyətlə pisləyirəm. Bu cür təcavüzkar hərəkətlər ABŞ, İsrail və onların himayədarlarına heç bir nailiyyət gətirməyəcək. Əksinə, onlar vəziyyəti yalnız mürəkkəbləşdirəcək və miqyası bütün dünyanı əhatə edəcək nəzarəti mümkünsüz nəticələrə səbəb ola bilər", - Pezeşkian vurğulayıb.

Daha əvvəl ABŞ və İsrail qoşunları İranın əsas neft terminalının yerləşdiyi Fars körfəzindəki Xarq adasına, həmçinin "Cənub Pars" qaz yatağının obyektlərinə zərbələr endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol