Menu

Azərbaycanın mobil rabitə gəlirləri 5 %-dən çox artıb

19.03.2026, 13:05
Azərbaycanın mobil rabitə gəlirləri 5 %-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 205,3 milyon manat gəlir əldə edilib.

Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,4 % çoxdur.

Təkcə fevralda isə adıçəkilən xidmətlərdən 92 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 291 milyon manat gəlir əldə edilib. Bu, 2024-cü illə müqayisədə 4,5 % çoxdur.

Şərhlər

TARİX 2026-03-20 09:58:04

???

TARİX 2026-03-19 23:11:42

GƏLİRLƏR QİYMƏTLƏRİN QALDIRILMASI HESABINA OLUB.MOBİL,STAASİONAR RABİTƏNİN ,İNTERNETİN KEYFİYYƏTİİ GETDİKCƏ PİSLƏŞİR.QİYMƏTLƏR İSƏ DÜNYADA ƏN YÜKSƏKLƏRDƏN BİRİDİR.DÜNYA 10G,20G ŞƏBƏKƏLƏRİ QURUR,BİZDƏ NORMAL 5G ŞƏBƏKƏ YOXDUR...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol