Menu

İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb

19.03.2026, 13:43
İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb

İsrail HƏMAS-ın Xan-Yunisdəki (Qəzza Zolağı) hərbi kəşfiyyat komandiri Məhəmməd Əbu Şalalın öldürüldüyünü bəyan edib.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun məlumatında bildirilib.

Məlumata əsasən, əməliyyat İsrail Ordusu və ŞABAK-ın (İsrail təhlükəsizlik xidməti) birgə qüvvələri tərəfindən həyata keçirilib, Əbu Şalal dəqiq zərbə ilə öldürülüb.

Ordudan bildirilib ki, Əbu Şalal kəşfiyyat zabiti olub və 2023-cü il oktyabrın 7-də İsrailə hücumun planlaşdırılmasında bilavasitə iştirak edib.

Şərhlər

B.Qarabağlı 2026-03-19 14:02:51

Hadisə, faktiki və rəsmən Qəzzanın hansı (İsrailə, ya Fələstinə aid) hissəsində törədilib? Yer üzəri aləminə ən yüksək təzyiq selini beləcə qeyri-müəyyən xəbər-məlumatlar tözlandırmaq, çirkləndirməkdədirlər? Olmasa, daha münasib deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol