Menu

"İranın region ölkələrinə etdiyi hücumlar bölgədə sabitliyi pozur" - Hakan Fidan

19.03.2026, 18:56
"İranın region ölkələrinə etdiyi hücumlar bölgədə sabitliyi pozur" - Hakan Fidan

“İranın region ölkələrinə etdiyi hücumlar bölgədə sabitliyi pozur və qəbuledilməzdir”.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdurrəhman Əl Sani ilə Dohada keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

Nazir bildirib ki, bu hücumlar nə İranın, nə də regionun xeyrinədir.

“İrana edilən hücumlar necə yanlışdırsa, İranın da başqa ölkələrə hücum etməsi eyni dərəcədə yanlışdır. Bu cür addımlar gərginliyi artırır, münaqişəni daha da dərinləşdirir və bölgədə sülhə zərər verir”, - deyə o bildirib.

Şərhlər

Sərdari-Milli 2026-03-19 19:20:54

ABŞ-nin bazası olan hər bir müsəlman ölkəsi İranın hücumlarının qanuni hədəfləridir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol