Menu

"Azercell” könüllüləri xeyriyyə yarmarkası təşkil edib - Novruz və Ramazan bayramları münasibətilə

19.03.2026, 19:53
"Azercell” könüllüləri  xeyriyyə yarmarkası təşkil edib - Novruz və Ramazan bayramları münasibətilə

Novruz və Ramazan bayramları ərəfəsində “Azercell” əməkdaşlarının təşəbbüsü ilə ənənəvi xeyriyyə yarmarkası təşkil olunub. İki gün davam edən yarmarka çərçivəsində əməkdaşların hazırladıqları əl işləri — bəzək əşyaları, rəsm əsərləri, toxunma oyuncaqlar, eləcə də ev şəraitində hazırlanmış şirniyyatlar xeyriyyə məqsədilə satışa çıxarılıb. Yarmarkadan əldə olunan vəsait hesabına ölkənin müxtəlif bölgələrində yaşayan 200-dək aztəminatlı ailəyə bayram sovqatı çatdırılıb.

Ailələrin siyahısı yerli icra hakimiyyəti orqanları, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “Zəfər” İctimai Birliyi tərəfindən təqdim olunub.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” mütəmadi olaraq xeyriyyə təşəbbüsləri həyata keçirməklə sosial həmrəyliyin gücləndirilməsinə töhfə verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol