Menu

İRAN İLK DƏFƏ OLARAQ ABŞ-yə MƏXSUS F-35-i VURDU - VİDEO (Yenilənib)

19.03.2026, 23:14
İRAN İLK DƏFƏ OLARAQ ABŞ-yə MƏXSUS F-35-i VURDU  - VİDEO (Yenilənib)

İranın tarixdə ilk dəfə olaraq ABŞ Hərbi Hava Qüvvələrinə məxsus beşinci nəsil F-35 qırıcı təyyarəsini vurub.

Bu barədə İranın rəsmi dövlət radiosu (VOI) məlumat yayıb.

Məlumata görə, təyyarə İran üzərində döyüş tapşırığı yerinə yetirərkən zədələnib və regiondakı ABŞ aviabazalarından birinə məcburi eniş edib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) faktı təsdiqləyərək, pilotun vəziyyətinin stabil olduğunu və insidentin araşdırıldığını bildirib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin strateji nöqtələrini hədəf alıb. İsrail Milli Təhlükəsizlik Nazirliyinin binasına və “Kanal 13” telekanalının Təl-Əviv ofisinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə zərbələr endirilib. (qafqainfo)

***

İranın ABŞ-yə məxsus 5-ci nəsil F-35 qırıcı təyyarəsini vurduğu iddia olunur.

Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təyyarə İran üzərində döyüş tapşırığı yerinə yetirərkən zərər görüb və regiondakı ABŞ aviabazalarından birinə məcburi eniş edib, pilot sağ qalıb.

Məlumat təsdiqlənərsə, bu, İranın ilk dəfə bu tip qırıcı təyyarəni vurması halı olacaq.

Xatırladaq ki, F-35 qırıcıları hazırkı münaqişə zamanı ABŞ və İsrail tərəfindən aktiv istifadə olunur və bir ədədinin dəyəri 100 milyon dollardan artıqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol