“İranda lazım olanları edirik. İş başa çatanda dünya daha təhlükəsiz olacaq”.
APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp hələlik İrana hərbçi göndərmək niyyətində olmadıqlarını deyib: “Heç bir yerə hərbçi göndərmirik”.
İranın neft və qazla zəngin Xarq adası barədə danışan ABŞ lideri istədikləri vaxt Xarq adasını yox edə biləcəklərini vurğulayıb.
Sözlərinə davam edən Tramp “İstəsək, müharibə iki saniyəyə bitər” söyləyib.
O, İsrailin Baş naziri Benyamin Netanyahunu İrandakı neft və qaz obyektlərinə hücumların yolverilməzliyi barədə xəbərdar etdiyini, Netanyahunun bu hücumları dayandıracağına söz verdiyini də qeyd edib.


Şərhlər
Sənin də boş boş qlrldatmaqln varmls
Gerçək Sülhsevərlər lütfən, ciddiyyətə alsınlar ki, real-daimi Sülh-təhlüükəsizlik, elə onun pozulduğu yerdən daimi toxunulmazlıq şərti ilə bərpasından başlana bilər! Digər siyasi münasibətlərdə hüquqi iddialara əsaslı səbəb qalır?