İstismar müddəti bitmiş binaların hamısı söküləcək. Yerində isə daha müasir çoxmərtəbəli binaların tikintisi nəzərdə tutulub.
"Bakı Şəhərinin Baş Planı - 2040" layihəsi çərçivəsində ötən ildən etibarən 200-ə yaxın binanın söküntü prosesi həyata keçirilir.
Bunu Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. Binaların sakinlərinin köçürülməsi və kompensasiya məsələsinə gəlincə, ekspert deyib ki, burada müxtəlif yanaşmalar olacaq.
Sökülməsi nəzərdə tutulan binalar paytaxtın müxtilif rayon və qəsəbələrini əhatə edəcək. Təkcə Binəqədi rayonunda 8 yerdə, Pirallahıda 6, Suraxanıda 6, Sabunçuda 5, Xətaidə 3, Nəsimi və Nərimanov rayonlarında isə hərəsində 1 binanın sökülməsi nəzərdə tutulub.
Qiymətləndiricilər Cəmiyyətinin sədri onu da əlavə edib ki, söküntü işləri mərhələli şəklə aparılacaq. 2040 -cı ilə qədər isə yeni tiklilərin təhvil verilməsi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Şərhlər
Salam Nərimanovda montin qəsəbəsində xruşovkalar hələ 50 ildə qalacaq? tamamilə yararsız haldadı 5 mərtəbələr niyə sökmürsüz? ANCAQ KORRUPSİYA İLƏ MƏŞĞULSUZ!!
В поселке говсаны сураханского района тоже есть такие дома 54 года и они уже рушатся.Почему их нету в списке ?
Salam.Sebayil rayonda merkeze yaxin olan iki mertebe kohne ve qezali binalar nece ildi qalib.amma adi cekilmir goresen niyye
Sabuncu qesebesi Aybeyov kucesi ne vaxt sokulecek
Səbail 20ci sahədə Domsoyuz deyilən binanın 100dən çox yaşı var.Pis gündədi