ABŞ və İsrailin həyata keçirdiyi bombardmanlar nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) növbəti itkilərlə üzləşib.
Məlumatlara görə, zərbələr zamanı SEPAH-ın bir sıra yüksək vəzifəli nümayəndələri həlak olub. Ölənlər arasında Mehdi Qureyşi – SEPAH-ın Hava-Kosmik Qüvvələrinin komandanı, Əli Məhəmməd Naini – qurumun rəsmi sözçüsü və rejimin təbliğat fəaliyyətinə cavabdeh şəxs, eləcə də İsmayıl Əhmədi – “Bəsic” qüvvələrinin kəşfiyyat rəhbəri yer alır.
Hadisə ABŞ və İsrail ilə İran arasında gərginliyin daha da artdığı bir dövrdə baş verir.
Hələlik rəsmi Tehran tərəfindən hadisə ilə bağlı geniş açıqlama verilməyib.
"AzPolitika.info"


Şərhlər