Menu

Azərbaycana yaz fəsli daxil olub

20.03.2026, 18:53
Azərbaycana yaz fəsli daxil olub

Bu gün Bakı vaxtı ilə saat 18:45:53-də Azərbaycana yaz fəsli daxil olub.

Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır.

Bu il yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.

Qeyd edək ki, XXI əsrdə yaz bərabərliyi günü 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə cəmi 2 dəfə düşəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol