2025-ci ildə Azərbaycan Rusiyanın iqtisadiyyatına52 milyon 776 min ABŞ dolları birbaşa investisiya qoyub.
"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,8 dəfəçoxdur.
Hesabat dövründə Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı1,1 %-dən2,1 %-ə qalxıb.
İl ərzində Rusiya isə Azərbaycan iqtisadiyyatına 267milyon 805 min ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 14,2 % çoxdur.
Hesabat dövründə Rusiyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 3,3 %-dən4,1 %-ə qalxıb.
Xatırladaq ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 6 milyard 595 milyon 296 min ABŞ dolları (illik müqayisədə 6,4 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % çox) təşkil edib.


Şərhlər
Olmazmı bu investisiyaları öz ölkəmizə sərf edib iri zavod.kombinat yaradıb həm işsizliyin qarşısını alaq,həm də importdan asılılığı azaldaq.Bizim Nazirlər Kabineti,İqtsaiyyat Nazirliyi hara baxır? Kim bunu düşünməlidir?Müvafiq vəzifələrdə yüksək maaş və rüşvət almaq imkanı verilmiş hakimiyyət nümayəndələri,yoxsa sadə xalq?