Menu

Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

21.03.2026, 15:26
Rayonlarda yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol