Menu

"Bu andan etibarən İsrail səmasında İranın üstünlüyünü elan edirəm" - Musəvi

21.03.2026, 23:42
"Bu andan etibarən İsrail səmasında İranın üstünlüyünü elan edirəm" - Musəvi

İran İsrailə və ABŞ-nin bölgədəki bazalarına raket hücumlarını yeni taktika ilə həyata keçirəcək və ilk belə həmləyə gecə saatlarında başlamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində yazıb.

"Bu andan etibarən İsrail səmasında İranın üstünlüyünü elan edirəm", - Musəvi qeyd edib.

Onun sözlərinə görə, İranın raket buraxılış məntəqləri İsraili və ABŞ bazalarını "lərzəyə gətirəcək": "Bu gecə İsrailin cənubunun səması bir neçə saat işıqlı qalacaq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol