Menu

Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq

22.03.2026, 21:44
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq

ABŞ hesab edir ki, Rusiyadan neft və neft məhsullarının satışına icazə Moskvaya 2 milyard dollardan çox olmayan mənfəət əldə etməyə imkan verəcək.

"Report" xəbər verir ki, ABŞ maliyyə naziri Skott Bessent bu fikri "NBC News"a verdiyi müsahibədə bildirib.

"Təhlillərimiz göstərir ki, Rusiyanın əldə edə biləcəyi maksimum mənfəət 2 milyard dollardır - bu, Rusiya Federasiyasının bir günlük büdcəsidir", - deyə o əlavə edib.

Onun sözlərinə görə, bunlar maksimum təxminlərdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol