Menu

ABŞ-nin İranla müharibədə Xark adasını ələ keçirməkdən başqa çıxış yolu qalmayıb - "The Jerusalem Post"

23.03.2026, 08:56
ABŞ-nin İranla müharibədə Xark adasını ələ keçirməkdən başqa çıxış yolu qalmayıb - "The Jerusalem Post"

ABŞ praktik olaraq İranın Xark adasını ələ keçirmək qərarına gəlib.

APA xəbər verir ki, bu barədə İsrailin "The Jerusalem Post" qəzeti mənbələrə istinadən məlumat verib.

"Vəziyyətlə tanış olan iki mənbə nəşrə bildirib ki, ABŞ-nin yüksək vəzifəli rəsmiləri son günlərdə İsrail və digər yerlərdəki həmkarlarına ABŞ-ın İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına başlamaqdan başqa çarəsi qalmadığı barədə məlumat veriblər", - məqalədə deyilir.

Məlumata görə, ABŞ əməliyyatda iştirak etmək üçün elit dəniz piyadaları və əlavə qüvvələr də daxil olmaqla 4500 nəfərlik ümumi qüvvə göndərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol