Menu

"Azərbaycanla bir-birimizə qarşı aqressiya və düşmənçilik getdikcə azalır" - Ermənistan XİN

23.03.2026, 12:41
"Azərbaycanla bir-birimizə qarşı aqressiya və düşmənçilik getdikcə azalır" - Ermənistan XİN

Cəmiyyətlərin və hər iki ölkənin hakimiyyət nümayəndələrinin ritorikasında bir-birinə qarşı aqressiya və düşmənçilik azalır.

“Armenpress” xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komissiyasının iclasında Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq deyib.

“Bütün məsələlərin həll olunduğunu, heç bir problem olmadığını və Ermənistan ilə Azərbaycan arasında sülhün tamamilə problemsiz olduğunu demək — bu, həddindən artıq şişirtmədir. Nəhayət, uzun illər davam edən münaqişə olub, çox qan tökülüb və yaralar hələ də təzədir”, - nazir bildirib.

Lakin onun sözlərinə görə, hər iki dövlət arasında bir-birinə qarşı aqressiya və düşmənçilik getdikcə azalır. /"APA"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol