Yaxın Şərqdə baş verən gərginlik səbəbindən yoxsul ölkələrə göndərilən on minlərlə ton ərzaq yardımı dayandırılıb.
Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Məlumata görə, BMT-nin Ümumdünya Ərzaq Proqramı xəbərdarlıq edib ki, fasilələr davam edərsə, milyonlarla insan aclıqla üzləşə bilər. Təşkilatın Təchizat Zənciri direktoru Korin Fleyşer bildirib ki, təxminən 70 min ton ərzaq ehtiyatı logistika və marşrut problemlərinə görə hazırda dənizdə qalıb.
Problem iyun ayına qədər davam edərsə, dünyada kəskin qida çatışmazlığı yaşayan insanların sayı 45 milyona çata bilər. Təchizatdakı fasilələr, o cümlədən konservləşdirilmiş məhsullar daxil olmaqla, 30 min ton qablaşdırılmış qidaya təsir göstərib.
Nəşrdə bildirilir ki, Hörmüz boğazı ətrafında yaranan vəziyyət və Qırmızı dəniz üzərindəki təhdidlər yükgöndərənləri gəmilərin marşrutunu Ümid burnu vasitəsilə dəyişməyə məcbur edib. Bu isə çatdırılma müddətini və xərcləri əhəmiyyətli dərəcədə artırıb.
"AzPolitika.info"


Şərhlər