Menu

Təyyarə yanğınsöndürənlə toqquşdu – Hava limanı bağlandı

23.03.2026, 14:58
Təyyarə yanğınsöndürənlə toqquşdu – Hava limanı bağlandı

ABŞ-nin Nyu-York şəhərində insident baş verib.

“AzPolitika” xarici mediaya istinadla xəbər verir ki, “Air Canada Express” şirkətinə məxsus sərnişin təyyarəsi LaGuardia hava limanı ərazisində yanğınsöndürmə maşını ilə toqquşub.

“New York Post” qəzetinin məlumatına görə, hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb. Bildirilir ki, yaralananlar yanğınsöndürənlərdir və onların vəziyyəti ağır qiymətləndirilir. Məlumata əsasən, təyyarədə təxminən 100 sərnişin olub. Onların vəziyyəti hazırda dəqiqləşdirilir.

Hadisədən sonra təhlükəsizlik səbəbilə hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol