Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin komissiya iclasında bildirib ki, Ermənistan İrana əsasən dərman vasitələrindən ibarət humanitar yardım göndərib.
Nazir qeyd edib ki, bu barədə əvvəllər məlumat verməyiblər, çünki bunu reklam etməyə ehtiyac görməyiblər".
Jurnalistlərlə söhbətində Mirzoyan vurğulayıb ki, İrevan Ermənistan ətrafında sülhün tam qorunub saxlanılmasında maraqlıdır.
"Qardaş İran xalqının vəziyyətinə görə də çox üzülürük. Onun qonşusu olan ərəb xalqları və dövlətləri də bizim dostlarımızdır. Biz tərəfdarıq ki, onlarda da sülh ən qısa zamanda bərpa olunsun", - deyə xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.
“AzPolitika.info”


Şərhlər