Menu

Rusiya ordusu ağır itkilər verdi – Primorsk dəniz ticarət limanına zərbə endirilib

23.03.2026, 17:04
Rusiya ordusu ağır itkilər verdi – Primorsk dəniz ticarət limanına zərbə endirilib

Baharın gəlişi ilə Ukrayna cəbhəsində hərarət artır. Liman (Donetsk vilayəti) istiqamətində Rusiya ordusunun cəbhəni yarmaq üçün böyük qüvvə ilə həyata keçirdiyi genişmiqyaslı hücum uğursuz olub.

“AzPolitika” Ukrayna teleqram kanallarına istinadla xəbər verir ki, yeddi istiqamətdən hücum edən rus ordusu Ukrayna ordusunun müdafiə xətlərinə çatmadan III Korpusun bölmələri tərəfindən darmadağın edilib. Rusiya ordusu ciddi itkilər verib:

11 zirehli texnika, 3 tank , 84 ədəd mototexnika, 160-dan çox dron, 5 artilleriya qurğusu, 1 TOS sistemi. Döyüşdə 288 rus əsgəri öldürülüb, 127-si yaralanıb.

Ukrayna ordusunun ən döyüş qabiliyyətli hərbi birləşmələrindən biri olan II korpusa “Azov” batalyonunun qurucularından olan gənc briqada generalı, Ali Radanın keçmiş deputatı Andrey Biletskiy komandanlıq edir.

Qış boyunca rus ordusu əsasən kiçik piyada qrupları ilə hücum edirdi, amma bahar-yay aylarında böyük qüvvələrlə kamikadze hücumlarına davam edəcəyi gözlənilir. Ukrayna isə Rusiyanın artan neft qiymətlərindən qazancını mümkün qədər azaltmaq üçün müvafiq tədbirlər görür.

Bu gecə Leninqrad vilayətindəki Primorsk dəniz ticarət limanına uğurlu zərbələr endirilib, baxmayaraq ki, bu zona hava hücumundan müdafiə (HHM) vasitələri ilə gücləndirilmişdir.

Primorsk limanında böyük ixrac terminalı yerləşir. Buradan Baltık dənizi vasitəsilə sutkada təxminən 1 milyon barel neft və 300 min barel dizel yanacağı ixrac olunur.

Rasim

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol