Menu

ABŞ 9 aprelədək İranla razılığa gəlmək niyyətindədir - Danışıqlar Pakistanda keçiriləcək

23.03.2026, 22:07
ABŞ 9 aprelədək İranla razılığa gəlmək niyyətindədir  -  Danışıqlar Pakistanda keçiriləcək

ABŞ İranla münaqişənin nizamlanmasına dair razılığın ən geci aprelin 9-dək əldə olunacağına ümid edir.

"Report"un məlumatına görə, bu barədə "Ynet" portalı məlumatlı mənbəyə istinadən yazıb.

"İsrail mənbəsi bildirib ki, amerikalılar 9 aprel tarixini müharibənin bitmə günü kimi müəyyən ediblər. Müharibə və danışıqlar üçün hələ 21 gün vaxt var", - məlumatda qeyd olunub.

Nəşrin həmsöhbətinin sözlərinə görə, münaqişənin aprelin 9-na qədər nizamlanması ABŞ Prezidenti Donald Trampa İsrailin Müstəqillik Günü münasibətilə keçiriləcək tədbirlərə qatılmaq imkanı verəcək. Həmin tədbirdə ona bu ölkənin ən yüksək dövlət mükafatı olan "İsrail mükafatı" təqdim edilməlidir.

Məlumata görə, Vaşinqton və Tehran arasında danışıqlar cari həftəyə planlaşdırılıb və Pakistan ərazisində keçiriləcək.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol