Ermənistan parlamenti Konstitusiya Məhkəməsinə yeni hakim seçilməsi məsələsini müzakirə edir. Söhbət hakim vəzifəsinə Vladimir Vardanyanın təyin olunmasından gedir.
Məlumata görə, Vardanyanın namizədliyi bu posta Ermənistan Prezidenti tərəfindən irəli sürülüb. Qeyd edək ki, o, ötən həftə deputat mandatından imtina edərək istefa ərizəsi təqdim edib.
Bu kadr dəyişikliyi Konstitusiya Məhkəməsində yaranmış boşluq fonunda baş verir. Belə ki, daha əvvəl məhkəmənin sabiq sədri və hakimi Hrayr Tovmasyan artıq vəzifəsini itirib.
Məlumatlara əsasən, Ermənistan Kassasiya Məhkəməsi Tovmasyanın barəsində çıxarılmış hökmə qarşı verilmiş apellyasiya şikayətini icraata qəbul etməyib. Bununla da onun barəsində 2024-cü ildə çıxarılmış məhkəmə hökmü qüvvəyə minib.
Həmin hökmə əsasən, Tovmasyan ədliyyə naziri olduğu dövrdə vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib. Lakin ona qarşı azadlıqdan məhrumetmə cəzası tətbiq olunmayıb – səbəb cinayət üzrə müddətin başa çatmasıdır.
“AzPolitika.info”


Şərhlər