Menu

MN rəhbərliyi hərbi hospitalda olub

24.03.2026, 18:48
MN rəhbərliyi hərbi hospitalda olub

Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.

MN-dən verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi ziyarət olunub.

Müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib. Hərbi tibb müəssisəsində yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol