Çin nüvə silahlarının mümkün azaldılması ilə bağlı ABŞ ilə dialoqdan imtina edir.
"Report"un məlumatına görə, ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinanno bunu Senatdakı dinləmələrdə bildirib.
"Onlar bunu etməkdən imtina etdilər", - o bildirib.
T.Dinannonun sözlərinə görə, Vaşinqton bu məsələ ilə bağlı Pekinə təzyiq göstərməyə davam edir.
"Biz onlara təzyiq göstərməyə davam edirik", - o vurğulayıb.


Şərhlər