Menu

İran SELEN konteyner gəmisini Hörmüz boğazına yerləşdirib

25.03.2026, 00:13
İran SELEN konteyner gəmisini Hörmüz boğazına yerləşdirib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) keçid icazəsi olmadığı üçün Hörmüz boğazında SELEN konteyner gəmisini yerləşdirib.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin rəhbəri Əli Rza Tanqsiri "X" sosial şəbəkəsində bildirib.

"SELEN konteyner gəmisi, qanuni protokollara əməl edilməməsi və Hörmüz boğazından keçmək üçün icazə verilməməsi səbəbindən SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən yerləşdirilib", - o yazıb.

O, vurğulayıb ki, hər hansı gəminin bu yoldan keçməsi İran hakimiyyəti ilə tam koordinasiya tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol