Menu

Türkiyə ilk zirehli patrul avtomobilini istifadəyə verib

25.03.2026, 13:00
Türkiyə ilk zirehli patrul avtomobilini istifadəyə verib

Türkiyənin ilk daxili istehsalı olan zirehli patrul nəqliyyat vasitəsi "TULGA 4x4" rəsmən istismara buraxılıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, hərbi və təhlükəsizlik personalının xidməti tələbatlarını ödəmək üçün hazırlanmış bu nəqliyyat vasitəsi zirehli konstruksiyası, ballistik müdafiə səviyyəsi və müasir texnoloji təchizatı sayəsində yüksək təhlükəsizlik təmin edir.

Təqribən 8 ton çəkiyə malik olan avtomobil 5 nəfərlik heyətin daşınması imkanına və 250 at gücündə mühərrikə sahibdir.

"TULGA 4x4" zirehli patrul avtomobilinin maksimum sürət həddi saatda 130 kilometrdir.

Şərhlər

Türk Turan 2026-03-25 15:47:35

Allahu Təala xeyirli, uğurlu və bərəkətli etsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol