Menu

İraqda hərbi bazaya hava hücumu - 7 əsgər həlak olub

25.03.2026, 13:30
İraqda hərbi bazaya hava hücumu - 7 əsgər həlak olub

İraqın Ənbar vilayətində yerləşən Habbaniyə bazası hava hücumuna məruz qalıb. Hücum zamanı hərbi dispanser hədəfə alınıb.

İraq Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, bazanın tərkibində fəaliyyət göstərən Habbaniyə Hərbi Dispanseri və müvafiq bölmə gecə saatlarında bombalanıb. Nəticədə 7 hərbçi həlak olub, 13 nəfər isə yaralanıb.

Nazirlik hücumu sərt ifadələrlə pisləyərək bildirib ki, tibbi obyektlərin və səhiyyə işçilərinin hədəf alınması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bu cür addımlar ciddi nəticələr doğurmalıdır.

Rəsmi qurumlar hücumun kim tərəfindən həyata keçirildiyini hələ açıqlamayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol