Menu

İran İsraildə elektrik stansiyasını vurdu - Hayfada güclü partlayış

25.03.2026, 13:59
İran İsraildə elektrik stansiyasını vurdu - Hayfada güclü partlayış

İran və İsrail arasında davam edən münaqişə fonunda gərginlik daha da artıb. Müharibənin 26-cı günündə tərəflər arasında atəşkəs ehtimalı müzakirə olunsa da, qarşılıqlı hücumlar davam edir.

Son raket hücumları zamanı Hayfa şəhərində güclü partlayış baş verib. Yerli mənbələrə görə, hədəf alınan obyekt elektrik stansiyası olub. Partlayış nəticəsində qalxan qara tüstü kilometrlərlə uzaqdan müşahidə edilib.

Məlumata görə, raketlər Təl-Əviv ilə Hayfa arasında yerləşən Hadera şəhərindəki enerji obyektinə tuş gəlib və stansiyaya ziyan dəyib.

Hücumlarda ilk dəfə olaraq “Nəsrullah” tipli raketlərin istifadə edildiyi, həmçinin “Qiyam”, “Xeybərşikan” və “Zülfiqar” raketləri ilə də müxtəlif hədəflərə zərbələr endirildiyi bildirilib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol