Menu

Paşinyanın bu görüntüləri gündəm oldu - VİDEO

25.03.2026, 14:43
Paşinyanın bu görüntüləri gündəm oldu - VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə paylaşdığı qeyri-adi videolarla diqqət çəkməyə davam edir.

Son günlərdə yayılan görüntülərdə Paşinyanın avtobusda yemək yediyi anlar geniş müzakirələrə səbəb olmuşdu.

Bunun ardınca Baş nazirin hər səhər paylaşdığı “ürək işarəli sabahınız xeyir” videoları da sosial mediada sürətlə yayılıb.

Paşinyanın bu cür paylaşımları bəzi istifadəçilər tərəfindən dövlət başçısından daha çox sosial media fenomenlərinə xas üslub kimi qiymətləndirilib.

Ekspertlər qeyd edir ki, siyasi proseslərin gərgin olduğu bir dövrdə bu tip gündəlik və qeyri-rəsmi paylaşımlar ictimaiyyət arasında fərqli reaksiyalar doğurur.

"AzPolitika.info"


Şərhlər

KOHNE 2026-03-26 06:32:55

DŎVLET BAŠÇISI HEYDER ELOYEV KIMI DAG KIMI OLMALIYDI OʻLKESININ ARXASINDA....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol