ABŞ-nin İrana qarşı hər hansı bir hərbi əməliyyatı qətiyyətli cavabla qarşılanacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Vəhid Əhmədi xəbərdarlıq edib.

O əlavə edib ki, ABŞ hərbi və siyasi rəhbərliyinin səhv hesablamaları nəticəsində Xarq adası Amerika əsgərləri üçün "qəbiristanlığa" çevrilə bilər.

Qeyd edək ki, son günlər ABŞ-nin məhz İranın əsas enerji xabı olan Xarq adasında quru əməliyyatı keçirmək istədiyinə dair məlumatlar yayılmaqdadır. Qeyd olunur ki, İranın enerjidaşıyıcılarının ixracının 90 faizi bu ada vasitəsilə həyata keçirilir.

“AzPolitika.info”