Menu

"İsrail İrana tam güclə zərbələr endirməyə davam edəcək" - Netanyahu

26.03.2026, 17:04
"İsrail İrana tam güclə zərbələr endirməyə davam edəcək" - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İrana tam güclə zərbələr endirməyə davam etdiyini bildirib.

"Report" "The Times of Israel"ə istinadən xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

"Biz İrandakı hədəflərə tam güclə zərbələr endirməyə davam edirik", - Netanyahu qeyd edib.

Onun sözlərinə görə, İsrail hərbçilərinin həyata keçirdiyi son əməliyyatlar zamanı, Hörmüz boğazının bağlanması üzrə hərəkətlərin təşkilində günahlandırdığı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri öldürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol