Menu

İlk Avropa İttifaqı-Ermənistan sammitinin keçiriləcəyi tarix məlum olub

26.03.2026, 20:14
İlk Avropa İttifaqı-Ermənistan sammitinin keçiriləcəyi tarix məlum olub

İlk Avropa İttifaqı-Ermənistan sammiti 4-5 May tarixlərində keçiriləcək.

APA xəbər verir ki, bu barədə Aİ Şurasının prezidenti Antonio Koşta “X” hesabında paylaşım edib.

O, Ermənistanı “yaxın tərəfdaş” adlandırıb və Aİ-nin bu ölkə ilə əlaqələri gücləndirmək üçün can atdığını bildirib.

“Bizi müştərək dəyərlər, eləcə də beynəlxalq hüquqa və qaydalara əsaslanan nizama sədaqətimiz birləşdirir”, - Koşta qeyd edib.

Sammitdən əvvəl Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Yerevanda keçiriləcək Avropa Siyasi İctimaiyyəti iclasında iştirak edəcəklər.

Aİ-Ermənistan sammitində xüsusilə enerji, nəqliyyat və rəqəmsal sahələrdə ikitərəfli əlaqələrin gücləndirilməsi, habelə regionda sülhün irəli aparılması, təhlükəsizlik, konnektivlik, qlobal çağırışlar, o cümlədən Yaxın Şərqdə və Ukraynada gedən proseslər müzakirə olunacaq.

Şərhlər

Kamran 2026-03-27 01:01:33

Ermənistan nə ilə məşğuldur, bizimkilər nə ilə?Niyə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol