Menu

Zelenski Səudiyyə Ərəbistanında ukraynalı hərbi ekspertlərlə görüşüb

27.03.2026, 13:12
Zelenski Səudiyyə Ərəbistanında ukraynalı hərbi ekspertlərlə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfəri zamanı Ukrayna hərbi ekspertləri ilə görüşüb.

Ukrayna mediasının məlumatına görə, ukraynalı mütəxəssislər bir həftədən çoxdur ki, Səudiyyə Ərəbistanında Hava Hücumundan Müdafiə sisteminin zəifliklərini təhlil edir, İran dronları və raketlərindən qorunmaq üçün həllər təklif edirlər.

Görüşün nəticələrinə əsasən, tərəflər uzunmüddətli tərəfdaşlıq və dronlara qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. /"Apa" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol