Menu

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

27.03.2026, 15:59
Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 13 milyard manat olub.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.

Hesabat dövründə ümumi dəyərin 77,4 %-ni pərakəndə ticarət dövriyyəsi, 19,4 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin iki ayına nisbətən 4,3 % artaraq 12,4 milyard manat olub, onun 44,5 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

İki ayda bir istehlakçı orta hesabla ayda 634,9 manat və yaxud illik müqayisədə nominal ifadədə 57,3 manat çox vəsait xərcləyib.

Şərhlər

Zərdüşt Ataylı 2026-03-27 16:40:50

Ölkəmiz vahid İnsan haqları və sos-rifah göstərgisini cari iki ayda 9% artıraraq, adambaşına yaradılan məhsulun dəyərini 635 manata çatdırıb! Hesabi ilin sonuna təmsil etdiyimiz region qonşularımızın göstəricilərinə yaxınlaşma şansımız var!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol