İran Suriya paytaxtı Dəməşqdəki Prezident Sarayına zərbə endirə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Daha əvvəl İran bölgədəki otel sahiblərinə xarici hərbi qulluqçuların yerləşdiyi hər hansı bir obyekt qanuni hədəf hesab ediləcəyi barədə xəbərdarlıq etmişdi.

“Fars” xəbər agentliyi hədəflərdən birinin Amerika logistika bazasının yaradıldığı iddia edilən Beyrutun köhnə hava limanı ətrafındakı ərazi ola biləcəyini bildirmişdi. “Financial Times” isə qeyd edir ki, İran əvvəllər Livana birbaşa zərbələr endirməyib.

Məlumatda həmçinin Suriyadakı lüks otellərdən də bəhs edilib:"İsrail, Amerika və Britaniya məsləhətçiləri və ekspertləri üçün görüş yeri olduğu iddia edildiyindən “Four Seasons” və “Sheraton” otelləri, eləcə də Dəməşqdəki Prezident Sarayı kompleksi potensial hədəflərdir”.

“AzPolitika.info”