İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin regiondakı bazalarına hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Khabar Fouri" agentliyi SEPAH-a istinadən məlumat yayıb.

Bildirilib ki, "Gerçək vəd - 4" əməliyyatının 84-cü dalğasında raket və PUA-lardan istifadə edilib.

"Raket əleyhinə müdafiə sistemlərini məhv etməklə yanaşı, yanacaqdoldurma və dəstək donanmasının yerləşdiyi Əl-Xərc (Şahzadə Sultan aviabazası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın cənub-şərqində yerləşir) bazasını raket və pilotsuz uçuş aparatları ilə (PUA) atəşə tutduq", - SEPAH-dan bildirilib.

Qeyd olunub ki, ABŞ-nin bir neçə yanacaqdolduran və dəstək təyyarəsi məhv edilib, yaxud yararsız vəziyyətə düşüb: "SEPAH-ın Hərbi Dəniz və Hava-Kosmik Qüvvələri Hörmüz boğazında və Fars körfəzində İranın mövqelərini qətiyyətlə müdafiə edəcək".