Menu

Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır - Baş Konsulluq

29.03.2026, 15:31
Rasim Balayevin cənazəsinin bu gün Azərbaycana göndərilməsi planlaşdırılır - Baş Konsulluq

Xalq artisti, aktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.

Bu barədə APA-nın Türkiyə bürosuna Baş Konsulluqdan məlumat verilib.

Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasındadır.

Rasim Balayev bu gün İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasında vəfat edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol