Menu

ABŞ Səfirliyi Amerikanın İraqdakı universitetlərinə hücum təhlükəsi barədə xəbərdarlıq edib

30.03.2026, 00:31
ABŞ Səfirliyi Amerikanın İraqdakı universitetlərinə hücum təhlükəsi barədə xəbərdarlıq edib

BŞ-nin Bağdaddakı səfirliyi İraqdakı Amerika universitetlərinə mümkün hücumlar barədə xəbərdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə "Əl-Hadath" telekanalı məlumat yayıb.

Səfirliyin açıqlamasında Bağdaddakı, eləcə də İraq Kürdüstanının Süleymaniyyə və Dohuk şəhərlərindəki təhsil müəssisələrinə qarşı real təhlükə olduğu qeyd edilib.

ABŞ tərəfinin məlumatına görə, müəyyən silahlı qruplar Amerika universitetlərinə hücum etmək niyyətindədirlər.

ABŞ səfirliyi bununla əlaqədar vətəndaşlarını İraqı dərhal tərk etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol