Menu

ABŞ və İsrail hərbçiləri İranın müdafiə sənayesinə zərbələri müzakirə ediblər

30.03.2026, 08:48
ABŞ və İsrail hərbçiləri İranın müdafiə sənayesinə zərbələri müzakirə ediblər

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper və İsrail Ordusunun baş qərargah rəisi Eyal Zamir İranın müdafiə sənayesinə qarşı atılacaq əlavə addımları müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, görüş 29 martda İsraildə ölkənin hərbi rəhbərliyinin digər nümayəndələrinin iştirakı ilə baş tutub.

Danışıqların əsas mövzusu İrana qarşı müharibə və onun silah istehsalını dayandırmaq səyləri olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol