Menu

Son sutkada İranın İsrailə hücumları nəticəsində yaralananların sayı açıqlandı

30.03.2026, 11:13
Son sutkada İranın İsrailə hücumları nəticəsində yaralananların sayı açıqlandı

İsraildə son sutkada İranın hücumları nəticəsində xəsarət alan 232 nəfər xəstəxanalara yerləşdirilib.

Bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xəsarət alanlardan 215 nəfərin vəziyyəti qənaətbəxşdir.

Beləliklə, müharibə başlayandan bəri İsrailə hücumlarda yaralanaraq xəstəxanalara köçürülənlərin sayı 6000 nəfəri ötüb.

“Bu rəqəmlərə həm hərbçilər, həm də mülki şəxslər daxildir”,- nazirlik qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol