İranın ABŞ və İsrailə qarşı həyata keçirdiyi cavab hücumları nəticəsində İsraildə, xüsusilə Tel-Əviv şəhərində ciddi təşviş yaranıb. 

Belə ki, İrandan buraxılan raketlər səbəbilə İsrail Parlamentində həyəcan siqnalları səslənib.

Hadisə zamanı çıxış edən israilli deputat nitqini yarımçıq kəsmək məcburiyyətində qalıb və parlament iclasına fasilə verilib.

Bundan əlavə, Misqav Am qəsəbəsində 146 dəfə, ölkənin mərkəzində yerləşən Ariel Şaron Parkı və Ramat Qan şəhərində də tez-tez həyəcan siqnalları eşidilib.

Həmçinin İsrail mətbuatının məlumatında vurğulanır ki, İranın raket hücumları adətən erkən xəbərdarlıq sistemləri tərəfindən əvvəlcədən aşkar edilir və əhaliyə sığınacaqlara getmək üçün bir neçə dəqiqə vaxt verilir. Lakin Hizbullahın raket hücumları zamanı bu müddət cəmi bir neçə saniyə ilə məhdudlaşır.

"AzPolitika.info"