ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma ilə bağlı mühüm açıqlama verərək, tərəflər arasında sülh sazişinin çox yaxın olduğunu bildirib.
Tramp paytaxt Vaşinqton şəhərinə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında qeyd edib ki, İranla həm hərbi əməliyyatlar, həm də danışıqlar paralel şəkildə davam edir. Onun sözlərinə görə, ABŞ qüvvələri çoxsaylı əlavə hədəfləri məhv edib.
Bununla yanaşı, Tramp İranla birbaşa və dolayı yollarla əlaqələrin davam etdiyini vurğulayıb:“Onlarla həm birbaşa, həm də vasitəçilər üzərindən danışıqlar aparırıq”.
ABŞ prezidentinin sözlərinə görə, İran əməkdaşlıq əlaməti olaraq ABŞ-yə 20 tanker neft göndərib. Bu neftin Hörmüz boğazı vasitəsilə daşınacağı və göndərişlərin yaxın vaxtda başlayacağı qeyd olunub.
Tramp danışıqların “son dərəcə yaxşı” getdiyini desə də, İranla münasibətlərin qeyri-müəyyən olduğunu vurğulayıb.
“Biz həm danışıqlar aparırıq, həm də bəzən onları vurmaq məcburiyyətində qalırıq,” – deyə o əlavə edib.
O, həmçinin keçmiş prezident Barak Obama dövründə imzalanmış İran nüvə sazişini tənqid edərək, həmin razılaşmanı özü ləğv etdiyini xatırladıb. Trampın sözlərinə görə, ABŞ-nin hərbi əməliyyatları İranın nüvə silahı əldə etməsinin qarşısını alıb.
"AzPolitika.info"

Şərhlər
bu ola bilməz