Menu

Bakının iki rayonunda qaz olmayacaq - "Azəriqaz" məlumat yayıb

31.03.2026, 20:23
Bakının iki rayonunda qaz olmayacaq -  "Azəriqaz" məlumat yayıb

Sabah Bakının Xəzər və Qaradağ rayonlarında təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri, Qaradağ rayonunda isə aşkar olunmuş qaz sızması aradan qaldırılacaq.

Bu məqsədlə aprelin 1-də saat 10:00-dan etibarən Sahil, Qala və Buzovna qəsəbələrinin bəzi hissələrinin, həmçinin Stansiya Qala yaşayış ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol