Ukraynada davam edən müharibədə daha bir azərbaycanlı həlak olub.
“AzPolitika” xəbər verir ki, sosial mediada Xarkov vilayəti uğrunda gedən döyüşlərdə Ukrayna ordusunun tərkibində döyüşən azərbaycanlı könüllü döyüşçü Məmmədov Rəşad Fəzail oğlunun həlak olduğu barədə məlumat yayılıb. Onun martın 22-də həlak olduğu qeyd edilir.
Məlumatda deyilir ki, Rəşad Məmmədov tammiqyaslı müharibənin ilk günlərindən Ukraynanın müdafiəsinə qalxıb və buna qədər dəfələrlə yaralanıb, lakin hər dəfə cəbhəyə qayıdıb.
Döyüşçünün 50 yaşı olub və onun Azərbaycanda dəfn ediləcəyi bildirilir.
Allah rəhmət eləsin!
“AzPolitika.info”

Şərhlər