Hörmüz boğazı böhranında müttəfiqlərindən gözlədiyi dəstəyi ala bilməyən ABŞ Prezidenti Donald Tramp NATO ilə bağlı sərt və birbaşa açıqlamalar verib.
"The Telegraph" nəşrinə danışan Tramp, NATO-dan çıxmaq məsələsinə belə cavab verib:“Mən NATO-dan çəkilməyi ciddi şəkildə düşünürəm. Bu məsələ artıq yenidən baxılma mərhələsini keçib”.
“NATO məni heç vaxt təsirləndirməyib. Mən həmişə bu ittifaqın kağızdan pələng olduğunu bilirdim, Vladimir Putin də bunu çox yaxşı bilir. Ukrayna bizim problemimiz deyildi, amma biz avtomatik olaraq ora daxil olduq. Bu bir test idi biz onlar üçün orada idik və həmişə də olardıq. Amma bizə lazım olanda onlar bizim yanımızda olmadı”, - Tramp qeyd edib.
"AzPolitika.info"

Şərhlər