Menu

ABŞ üçüncü təyyarə daşıyan gəmisini də Yaxın Şərqə göndərib

01.04.2026, 15:21
ABŞ üçüncü təyyarə daşıyan gəmisini də Yaxın Şərqə göndərib

ABŞ-nin üçüncü təyyarədaşıyan gəmisi olan "Corc Buş"un Yaxın Şərqə göndərildiyi iddia olunur. Məlumata görə, gəmi Virciniya ştatındakı Norfolk limanından yola düşərək bölgəyə doğru hərəkət edib.

"The Wall Street Journal" nəşrinin yazdığına görə, ABŞ rəsmiləri gəminin onu müşayiət edən hərbi gəmilərin Yaxın Şərqdə yerləşən digər iki təyyarədaşıyanla birləşmək üçün yola çıxdığını bildiriblər.

Hazırda bölgədə fəaliyyət göstərən digər gəmilərdən "Abraham Linkoln" Ərəb dənizində əməliyyat aparır. Digər gəmi – "USS Gerald R. Ford" isə texniki nasazlıq səbəbilə təmir üçün Xorvatiya limanında yerləşir.

Mənbələrin iddiasına görə, yaxın vaxtlarda ABŞ-nin hər üç təyyarədaşıyan gəmisinin Yaxın Şərqdə bir araya gələrək fəaliyyətini gücləndirməsi gözlənilir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol