Böyük Britaniya hökuməti ölkənin mümkün müharibəyə cəlb olunması ilə bağlı mövqeyini açıqlayıb. Rəsmi açıqlamada vurğulanıb ki, “hansı təzyiq olursa-olsun”, milli maraqlar prioritet olacaq və Britaniya müharibəyə qoşulmayacaq.

Bundan əvvəl ABŞ Prezidenti Donald Trump “The Telegraph” nəşrinə müsahibəsində Vaşinqtonun NATO-dan çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini bildirib. Tramp bu mövqeyi müttəfiqlərin ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək verməməsi ilə əsaslandırıb.

ABŞ Prezidenti NATO-nu “kağız pələng” adlandıraraq bildirib ki, alyansdan çıxmaq məsələsi artıq “yenidən baxılacaq mövzu deyil”. Onun bu açıqlaması Qərb daxilində ciddi müzakirələrə səbəb olub və transatlantik münasibətlərdə gərginliyin artdığına işarə kimi qiymətləndirilir.

“AzPolitika.info”