Menu

"Müharibə ABŞ və İsrailin təslim olduqları vaxta qədər davam edəcək" - İran ordusu

02.04.2026, 10:36
"Müharibə ABŞ və İsrailin təslim olduqları vaxta qədər davam edəcək" - İran ordusu

Müharibə ABŞ və İsrailin "rüsvayçı şəkildə" təslim olmalarına qədər davam edəcək.

İran mediasının xəbərinə görə, bunu Xatəmül-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari deyib.

Zülfüqari, həmçinin ABŞ və İsrailə indiki zərbələrdən daha ağır hücumlar ediləcəyini bildirib.

O əlavə edib ki, İranda indiyə qədər hədəfə alınan obyektlərin böyük əhəmiyyəti yoxdur və İranın strateji hərbi istehsalı ABŞ–İsrailin məlumatsız olduğu, heç vaxt əlinin çatmayacağı yerlərdə həyata keçir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol