ABŞ lideri Donald Tramp Ağ Evdə İranla olan müharibə ilə bağlı açıqlama verərkən Fransa lideri Emmanuel Makronu hədəf alıb və onun haqqında sərt ifadələr işlədib.
ABŞ prezidenti Makronu həyat yoldaşı üzərindən də tənqid edib.
Tramp bildirib ki, Hörmüz boğazı ilə bağlı Fransadan dəstək istəmək üçün Makrona zəng edib: “Fransaya zəng etdim, Makrona. Həmin o həyat yoldaşı tərəfindən pis rəftar edilən Makrona... O, hələ də çənəsinə aldığı zərbənin təsirindən çıxmağa çalışır”.
ABŞ prezidenti telefon danışığını da açıqlayaraq deyib: “Dedim ki, Emmanuel, Körfəz bölgəsində bir az köməyə ehtiyacımız var. Hər nə qədər rekordlar qırsaq, pis adamları zərərsizləşdirsək və ballistik raketləri məhv etsək də, bir qədər dəstək yaxşı olardı. Əgər mümkündürsə, tez bir zamanda gəmi göndərə bilərsinizmi?”.
Trampın sözlərinə görə, Makron bu təklifə belə cavab verib: “Xeyr, bunu edə bilmərik, Donald. Amma müharibə bitdikdən sonra edə bilərik.
ABŞ prezidenti isə buna cavab olaraq müharibədən sonra buna ehtiyac qalmayacağını bildirib.
Qeyd edək ki, daha əvvəl Emmanuel Makronun Cənub-Şərqi Asiya səfəri zamanı həyat yoldaşı Bricit Makron ilə arasında mübahisə yaşandığı iddia olunmuşdu. İddialara görə, Vyetnama səfər zamanı baş verən hadisədə Bricitin Makrona şillə vurduğu irəli sürülmüş və bu görüntülər ictimaiyyətdə geniş rezonans doğurmuşdu.
"AzPolitika.info"

Şərhlər