Yaxın Şərqdə İran–İsrail–ABŞ arasında davam edən müharibə fonunda İsveçrə hava məkanı ilə bağlı diqqətçəkən qərar qəbul edib. 

Belə ki, İsveçrə ABŞ-nin İrana qarşı əməliyyatlarla bağlı uçuş müraciətlərinin əksəriyyətini rədd edib.

Məlumata görə, 5–23 mart tarixləri arasında ABŞ tərəfindən edilən 11 uçuş müraciətindən yalnız 4-ü təsdiqlənib, 1 müraciət isə ABŞ tərəfindən geri götürülüb. 

Qərarın İsveçrə Federal Mülki Aviasiya İdarəsi (FOCA) tərəfindən ölkənin neytrallıq qanunlarına uyğun şəkildə verildiyi bildirilib.

Qurumun açıqlamasına əsasən, İsveçrə hava məkanı yalnız münaqişə ilə açıq şəkildə əlaqəsi olmayan uçuşlara açıqdır. Xüsusilə yaralıların daşınması kimi humanitar və tibbi məqsədli uçuşlara icazə verilir, lakin silahlı əməliyyatlarla bağlı bütün müraciətlər rədd olunur. Bu çərçivədə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən edilən bir müraciətin də qəbul edilmədiyi qeyd olunub.

"AzPolitika.info"